“Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib

“InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi və “Gaming League Azerbaijan”ın dəstəyi ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən sosial izolyasiya tədbirləri çərçivəsində “Baku Cyber Cup 2020” onlayn kiber idman turniri keçirilib.

“PUBG Mobile Duo” oyunu üzrə: 65 komanda, hər komandada iki nəfər oyunçu olmaqla, 130 nəfər iştirak edib.

1-ci yerin qalibi “TM [Exellent]” komandasından Heydərov Rəhman və Fətəliyev Azər, 2-ci yerin qalibi “RUV TEAM” komandasından Muradov İlham və İsmayılov Süleyman, 3-cü yerin qalibi isə “Go ahead” komandasından Fərzəliyev Musa və Əlizadə Nadir olub.

“Mortal Kombat 11” oyunu üzrə: 19 nəfər oyunçu iştirak edib.

1-ci yerin qalibi “Damastir” ləqəbində Davudov Ziya, 2-ci yerin qalibi “Hanma-Baki17” ləqəbində Şamçiyev Murad, 3-cü yerin qalibi isə “AZE-GuNNeR” ləqəbində Allahverdiyev Hikmət olub.