İnformasiyaya çıxış (İnformation accessibility)

İnformasiyaya çıxış məlumatların mövcudluğu və əlçatanlığı ilə bağlı bir çox məsələni, o cümlədən, çoxdillilik, metadata, qarşılıqlı əlaqə, açıq mənbəli proqram təminatı, açıq məzmun məsələlərini əhatə edir. Əlillərin informasiyaya çıxışının təmin olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulur.

“İnformasiya hami üçün” Proqramının konsepsiyası bütün üzv dövlətlər tərəfindən məlumatların inkişafının təşviqi və yeni kontentin yaradılması məqsədi ilə rəqəmli kontent strategiyasının hazırlanmasından ibarətdir. Rəqəmli formada informasiyaya universal girişin təmin edilməsi bütün icmaların nümayəndələrinə öz dillərində kontent yaratmağa imkan verir.