Kiberməkanda çoxdillilik (Multilingualism in Cyberspace)

Dillər insanları dünyanı dərk etməyə və təsvir etməyə, ünsiyyət qurmağa və bilik ötürməyə imkan verən unikal vasitədir; onlar xalqların tarixi və sosial təcrübələrinin depolarıdır,  sosiallaşma amilləri və insanın özünü tanıma vasitəsi kimi çıxış edirlər. Bununla belə, dünya dillərinin demək olar ki, yarısı yox olmaq təhlükəsi ilə üzləşir, bununla yanaşı daha çox dil bir çox sahələrdə, təhsil, elm, mədəniyyət, kütləvi informasiya vasitələri, siyasət, uçot, biznes və turizm sahələrində rolunu itirmək təhlükəsi ilə üz-üzədir.

Kiberməkanda çoxdillilik plüralist bərabərhüquqlu inklüziv bilik cəmiyyətlərinin və dayanıqlı inkişafın dayaqlarından biridir. Lakin dillərin çoxu kiberməkanda mövcud deyil və bu da linqvistik və rəqəmli  fərqliliyi  genişləndirir. Kiberməkana və onun mənbələrinə çıxışı olmayan vətəndaşlar, məlumat və bilik əldə etmək imkanları məhdud olduğundan getdikcə marginallaşmaqdadır.

“İnformasiya hami üçün” Proqramı YUNESKO-nun üzv-dövlətlərini ədalətli bilik cəmiyyətlərinin qurulması üçün rəqəmli  innovasiya siyasətinin və həllərinin hazırlanması və tətbiqi zamanı dilin nəzərə alınmasını və kiberməkanda dil müxtəlifliyini və çoxdilliyi inkişaf etdirmək üçün müvafiq vasitələrdən istifadə etməyi təşviq edir.