İnformasiyanın qorunması (İnformation preservation)

Texnologiyanın inkişafı və platformaların dəyişməsi ilə  elektron formada olan sənədlərin əlçatanlığı və ömrü əhəmiyyətli dərəcədə azala bilər.: rəqəmli formada təqdim olunan məlumatların qorunması üçün tədbirlər görülməsə, bir çox vacib sənəd qısa müddətdə yoxa çıxa və ya tamamilə əlçatmaz ola bilər. Nəticədə bəşəriyyətin kollektiv yaddaşının bir hissəsi itirilə bilər.

Eyni zamanda məlumatın rəqəmli formatda qorunması “İnformasiya hami üçün” Proqramının iki prioritet məsələsinin - inkişaf üçün informasiyanın əlçatanlığının və informasiyaya açıq və çoxdilli çıxışın təmin edilməsi - həll olunmasına kömək edir. Rəqəmli texnologiyalar hər hansı ayrı seçkilik olmadan sərbəst şəkildə informasiya və bilik əldə etmək imkanı yaradır.