İnformasiya Savadlılığı (İnformation literacy)

İnformasiya savadlılığı (İnformation literacy) insanlara həyatın bütün sahələrində şəxsi, sosial, peşə və təhsil məqsədlərinə nail olmaq üçün informasiyanı  səmərəli axtarmaq, qiymətləndirmək, istifadə etmək və yaratmaq imkanlarını verir.

İnformasiya savadlılığı aşağıdakı bacarıqları əhatə edir:

  • informasiya ehtiyaclarını dəqiq ifadə etmək;
  • minimum vaxt və səy göstərərək, lazımi informasiyanı səmərəli şəkildə axtarmaq və tapmaq;
  • ələde dilmiş informasiyanın lazımi formada, formatda, lazımi daşıyıcılarda təşkil etmək;
  • informasiyalardan istifadə etmək və yaymaq;
  • məlumatlardan gələcəkdə istifadə üçün onları saxlamaq və ya silmək.

İnformasiya savadlılığı rəqəmli texnologiyalar dünyasında iki növ savadla əlaqələndirilir - kompüter (İKT sahəsindəki bacarıqlar) və media sahəsindəki savad (müxtəlif növ informasiya vasitələrini və məlumat ötürmə formatlarını anlamaq).