İnformasiya etikası (İnformation ethics)

İnformasiya etikası İKT tətbiqlərinin etik, hüquqi və sosial aspektlərini əhatə edir və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gəlir.

Hazırda ən çətin etik məsələlərdən biri də ölkələr arasında və ölkədaxili şəhər və kəndlər arasında İKT-yə çıxış imkanlarının bərabərsizliyidir. Rəqəmli dünyanın faydaları ilə yanaşı, təhdid və sui-istifadə halları da mövcuddur. Artıq ölkələr insanları bu risklərdən qorumaq üçün mexanizmlər qurur, məsələn, internetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Lakin informasiya cəmiyyətinin etik təsirlərinin həlli üçün daha çox iş görülməlidir. Məhz “İnformasiya hamı üçün” Proqramı tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində bu məsələləri həll etməyə çalışır.