İnkişaf üçün informasiya (İnformation for development)

“İnformasiya hami üçün” Proqramının qarşısında duran vəzifələrdən biri hökumətlərə və icmalara inkişaf məsələlərinin həllində məlumatın dəyərinin izah edilməsidir. BMT-nin Minilliyin Bəyannaməsindəki məqsədlər inkişaf və yoxsulluğun aradan qaldırılmasını yaxşı idarəetmə və şəffaflıqla əlaqələndirir. YUNESKO və xüsusən də “İnformasiya hami üçün” Proqramı zəngin və ya kasıb istifadəçilərə görə ayrıseçkilik etmədən İnternetin açıq platforma kimi inkişafını hökumətlərarası səviyyədə təşviq etməkdə mühüm rol oynaya bilər.

İnsan potensialının inkişaf etdirilməsinin və inkişaf üçün məlumat və biliklərin əldə edilməsinin vacibliyi məlumdur, lakin bu sahəyə investisiya qoymağın üstünlüklərini izah etmək və nümayiş etdirmək üçün daha çox səy tələb olunur.