"İnformasiya hamı üçün" Proqramı

"İnformasiya hamı üçün" Proqramı YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramıdır. Proqramın əsas məqsədi YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

Bu məqsədlərə nail olmaq üçün "İnformasiya hamı üçün" Proqramının aşağıda qeyd olunan 6 prioritet sahəsi müəyyən edilmişdir: 

Proqramın konsepsiyası, hər bir insanın onun üçün vacib olan məlumatları əldə edə biləcəyi, daha mükəmməl bir cəmiyyət qurmaq üçün bu məlumatları istifadə etmək və lazımi bacarıqlara sahib olmaq imkanı verən bir dünyanın yaradılmasıdır.